Rəng seçimi

DÜNYA BAZARI (cnbc.com)

  Məlumat yoxdur

SORĞU

PORTALI FAYDALI HESAB EDİRSİNİZMİ?
 

SAYĞAC

İstifadəçilər : 1092
Məqalələr : 437
Linklər : 1
Məqalələrə baxış sayı : 541852
PORTALIN YARADICILARI PDF faylını al Çap E-poçt

 

gerb

 

 

 

 Azərbaycan Respublikası   İqtisadiyyat Nazirliyi  

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda “elektron ticarət”in yaradılması sahəsində işlərin intensivləşdirilməsi barədə İqtisadiyyat Nazirliyinə tapşırıq verilmişdir.
Tapşırığın icrasını təmin etmək üçün sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının sərbəst bazara çıxışının dəstəklənməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən “elektron ticarət”lə bağlı veb portalın yaradılması qərara alınmışdır.

gtz


Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ)


Portal GIZ-in “Özəl sektora dəstək proqramı” çərçivəsində yaradılmışdır.

MƏQSƏD

Portal Azərbaycanın ilk elektron ticarət portalı olaraq “B2B”  (business to business) modeli əsasında qurulmuşdur. Məqsəd yerli biznes nümayəndələri, onların istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə informasiyaların potensial alıcılara çatdırmaq yolu ilə biznes əlaqələrin qurulmasını dəstəkləməkdən, bazarlara sərbəst çıxışı təmin etməkdən ibarətdir.

Məqsədə uyğun olaraq Portal aşağıdakı funksiyaları yerinə yetirir:

  • Məlumatverici: Portal vasitəsilə sahibkarların məhsulları (xidmətləri), onların satışı şərtləri barədə informasiyalar maraqlı tərəflərə çatdırılır.
  • Əlaqələndirmə: Portal istidadəçiləri portalın mesaj xidməti vasitəsilə bir-biri ilə portal daxilində məlumat mübadiləsi apara bilərlər.
  • İstiqamətverici: Portalın analitik bloku vasitəsilə sahibkarların biznes fəaliyyətləri üçün zəruri anatitik materiallar təqdim edilir.

Portal vasitəsilə göstərilən xidmətlər sahibkarlara məhsullarını təqdim etməyə, biznes əlaqələrini genişləndirməyə, yeni partnyorlar tapmağa və ən əsası bunları xərc çəkmədən əldə etməyə imkan verir.

b2b.az portalı açıq ticarət portalıdır. Portal  ticari meydança təqdim edir. Portalın yaradıcısı və sahibi  heç nə almır və heç nə satmır. Sadəcə alıcılarla satıcıları əlaqələndirərək vasitəçi funksiyasını həyata keçirir.

İSTİFADƏÇİLƏR

Portalın istifadəçiləri fəaliyyət profilindən asılı olmayaraq portalın fəaliyyət prinsip və şərtlərini qəbul edən sahibkarlıq subyektləridir.

İstifadəçilər 2 qrupa bölünür:

- Satıcılar (məhsullarını təklif edənlər)

- Alıcılar (konkret məhsulların alınmasında maraqlı olanlar)

Portaldakı materialların 3 dildə (Azərbaycan, ingilis və rus) təqdim edilməsi istifadəçilərin geniş əhatə dairəsini təmin edir.

Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlıq subyektləri portalın xidmətlərindən istifadə etmək üçün ona üzv ola bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı doldurub qeydiyyatdan keçmək kifayətdir. Bundan sonra sistemin idarəedicisi tərəfindən müraciətə baxılır və portala giriş hüququ verilir. İstifadəçilər portala  pulsuz olaraq daxil olmaq imkanı əldə edir və portalın aşağıdakı xidmətlərindən istifadə hüququ qazanır:

  • Məhsullarının (xidmətlərinin) təqdimatı
  • Portalın analitik bloku vasitəsilə təqdim edilən informasiya resurslarından istifadə

Bu elektron ticari meydançada  iştirakçılar maliyyə imkanlarından asılı olmayaraq eyni hüquqa və eyni imkanlara malikdirlər.


 

Son Təkliflər


noimage
Steel Billet
(Tikinti)
Şənbə, 28 May 2016
noimage
Rebars
(Tikinti)
Şənbə, 28 May 2016
noimage
Zəfəran satıram
( Bitkiçilik)
Cümə axşamı, 31 Mart 2016